Kosmos gəmisi okeana salındı
Movqe.Az xəbər verir ki, Fevral ayında Beynəlxalq Kosmos Stansiyasına müxtəlif vəsaitlər aparan Progress M-18M kosmos vasitəsi vaxtını başa vurduğu üçün Sakit Okeana salınıb. Gecə yarısı Beynəlxalq Kosmos Stansiyasından ayrılan Progress M-18M kosmos vasitəsi uğurlu bir şəkildə Sakit Okeanına salınıb. Motorları dayandırılmış Progress M-18M kosmos vasitəsinin orbitdən ayrılaraq səhərin erkən saatlarında okeanda təyin olunan nöqtəyə düşdüyü və batdığı bildirilir. Batırılan kosmos vasitəsinin yerinə 28 İyulda yeni kosmos vasitəsi Progress M-20M Qazaxıstanın Baykonur kosmos stansiyasından atılacaq. Beynəlxalq Kosmos Stansiyasına müxtəlif vəsaitlər aparacaq Progress M-20M-i kosmosa Rus, Amerikalı və İtalyan astronavtlar çatdıracaq.