Quyruqlu ulduz yoxa çıxdı
Movqe.Az xəbər verir ki, Rusiyada keçən il iki həvəskar astronom tərəfindən kəşf edildiyində böyüklüyü səbəbiylə "əsrin quyruqlu ulduzu" olaraq bilinən ISON-dan aylardır xəbər alına bilmədiyi deyilir. Kolombiyanın Antioquia Universitetindən Ignacio Ferre quyruqlu ulduzu keçən yanvar ayının ortalarından bəri təsbit edilə bilmədiyi açıqlayıb. Quyruqlu ulduz 132 gün əvvəl Günəşin yaxınından keçərkən 2 min 700 dərəcəyə çatan istilik səbəbiylə səthindəki aşınma və əriməyə görə parlaq quyruqlu bir atəş topu kimi görünürdü. Astronomlara görə, Günəş, üzərindəki mümkün buzları əritdiyi üçün ICON artıq həm kiçilmiş həm də dağılmış ola bilər.