Əlaqə Arxiv
news Image
2020.08.11
10:50
| A A A
Bir görüşün tarixçəsi
Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 1980-ci ildə Ulu Öndər Heydər Əliyevlə şəxsən görüşmüş Şərəfə kənd tam orta məktəbinin tarix müəllimi Sərmayə Musayeva ilə gənclərin onlayn tədbiri keçirildi. İlk öncə Mərkəzin direktoru Dilbər İbayeva Ümummilli Lider Heydər Əliyevin Masallı rayonuna səfərləri haqqında məlumat verərək bildirdi ki, 1980 - ci ilin payızında Masallının tarixində unudulmaz günlərdən biri yaşanırdı. Çünki, həmin gün Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Masallı torpağına gəlmişdi. Heydər Əliyevi Masallı dəmiryol stansiyasında bir qrup rayon rəhbərliyi və tanınmış təsərrüfat işçiləri tərəfindən böyük sevinclə qarşılandı. Respublika rəhbərinə Masallı əməkçilərinin tərəvəzçilik, üzümçülük, heyvandarlıq, çayçılıq sahəsində qazandığı uğurlar barədə geniş və məzmunlu məlumat verildi. Daha sonra söz Sərmayə Musayevaya verildi. O zaman rayonun qabaqcıl tərəvəzçisi və Azərbaycan SSRİ Ali Sovetinin deputatı olan Sərmayə Musayeva həyatında ən unudulmaz bir gün olan dahi insanla xatirələrini belə izah etdi: "Heydər Əliyevi gül-çiçək dəstələri ilə qarşıladım, rayon haqqında məlumat verdim. Çox həyəcanlı idim, amma böyük şəxsiyyət Heydər Əliyevin sadəliyi və səmimiyyəti həyəcanıma son qoydu. O görüşün mənim həyatımda çox böyük rolu olmuşdur. Ulu Öndərlə görüşüm və onun tövsiyələri həyatımda dönüş, özümə inam yaratdı..." Daha sonra Sərmayə müəllimə gənclərin suallarını cavablandırdı, Ümummilli Lider Heydər Əliyevin həyatından bəzi məqamları gənclərə çatdırdı. ƏLİHÜSEYN ŞÜKÜROV.
Sizin Reklam Yeriniz