Movqe.Az xəbər verir ki, uşaq əmizdirmə müddətinin uşağın zəkasına təsir etdiyi aşkarlanıb. ABŞ-dakı Boston Uşaq Xəstəxanasından Mandy B. Belfort və qrupu, əmizdirmə müddəti və uşaqların idrak zəkası arasındakı əlaqəni araşdırıb. Daha uzun müddət əmizdirən anaların körpələrinin, 3 yaşında Peabody Şəkil-Söz Testi və 7 yaşında Kaufman Qısa Zəka Testindən daha yüksək bal aldığı görülüb. Əmizdirilən hər ayın uşağın IQ-suna iştirak etdiyinə diqqəti çəkən elm adamları, doğumdan sonra 1 il əmizdirmənin IQ-ün 4 bal artmasını təmin edə biləcəyini bildirib. Elm adamları bu nəticələrin, körpələrin 6 ay yalnız ana südüylə bəslənməsi və ən az 1 il əmizdirmənin davam etməsi tövsiyəsini dəstəklədiyini vurğulayıb. Araşdırma, "JAMA Pediatrics" jurnalında nümayiş olunub.