Dünya dağılsa da, sən hərcayi
olma!
Asif Ata
Mənəviyyatın düzəlməsi iki şərtə bağlıdır: 1) Doğunun özünə qayıtması; 2) Doğunun dünyanı, o cümlədən Batını yenidən qurması. Və bu şərtlər bir-biriylə qırılmaz surətdə
bağlıdır.
***
Doğu—Batı qarşılaşdırılmasını özündənrazı səfehliyi ilə, özgədən
xəbərsiz naşılığı ilə yazmadım. Bu fikrin nə dərəcədə doğru
olduğunu araşdırmaq üçün Doğu və Batı bilicilərini insaniliyin
qayğıları və gələcəyi barədə diz-dizə konuşmaya, həqiqət
axtarışına, yol arayışına çağırıram.
***
İdraki tüfeylilik: Doğunun Batıya yalmanması.
***
Batıya inansaq: — Arvadların çöldə çılpaq gəzişməsi mədəniyyətdir,
qabağagetmişlikdir, çılpaq gəzənin görünən yerlərinə baxmaqsa —
çölçülük və gerilikdir.
***
Buna görə də onlar dallarını elə ləyaqətlə açırlar ki, adam öz
qıçındakı şalvarına görə utanıb xəcalət çəkir...
***
Freyd Avropalılarn ora-burasını o qədər əlləşdirib ki, onlar daha
qıcıqlana bilmirlər, bu istəyə yetmək üçün dəridən-qabıqdan
çıxırlar.
***
Batıdan gələn qadın "uyqarlığı" — keçiyə doğru!
***
Amerika ingilis diliylə Amerikada haqlı ola bilməz.
***
Türk dili — Türk Dünyasından qıraqda haqlı ola bilməz.
***
Batı Avropalılar insan haqqındakı həqiqəti mifə çevirdilər, sonra
da mifi öldürdülər.
***
İdrak avropoidlərinin içlərindəki düşmənçilik xəzinəsinin
zənginliyinə və zamanca tükənməzliyinə heyrət eləyirəm!
***
Bizim "Şərqi" dediyimiz dünyabaxışının coğrafiyaya dəxli yoxdur, bu
— ümumbəşəri insanabaxışın özüdür. Coğrafi Qərb orada özünü görənə
qədər "gözlüyəm" deyə bilməz.
***
Yekəxana, yenə də özündənbəy, iddialı Şərqşünas-mütəxəssis
səviyyəsində yox, adi məişət səviyyəsində özünügörmədən gedir
burada söhbət.
***
"Feminizm" — türkcədə "qancıqçılıq" deməkdir.
***
"Erkəyin cinsi, şəhvani süləntiliyi, quyruqbulayıcılığı" anlamına
gələn Qadın hökmranlığından iyrənirəm və o halı "qancıqçılıq"
sayıram.
***
Qancıqçılıq görürəm indiki bütün dünya sivilizasiyasında və
qətiyyətlə deyirəm: Qancıqçılıq bəşər üçün vəbadır, taundur;
qadının ölümüdür — "hökmdarlaşması" deyil; kişinin öz yerini,
təyinatını unutmasıdır.
***
Sözünü, Müjdəsini kiminsə, kimlərinsə qəbul eləməyəcəyindən
Həqiqətçi çəkinməz, Təlqinçi çəkinər, kütləvi yalan Təlqinçisi.
Çəkinər də, qorxar da.
***
"Qədim Şərq" deyimi var, "Qədim Qərb" deyimi yoxdur.
***
Qərbin qədimliyi "Antik yunan" və "Qədim Roma" ünvanlarıyla
tükənir; bu da əslində coğrafi-mədəni yox, tarixi bir təyindir və
zənnimcə, "Qərb" anlayışına o qədər də girmir. Qərb onları
sonradan, bir növ "qıraqdan" (gəlmə kimi) mənimsəyib, özünün
gələcək yüksəlişini onların üzərində qurmuşdur.
***
Atamız var olsun!