Əlaqə Arxiv
news Image
2020.08.29
08:58
| A A A
Münhendə ilk dəfə alkoqol satışı və istifadəsi qadağan edildi
Münhen tarixində ilk dəfə gecələr ictimai yerlərdə alkoqollu içkilərin satılması və ya içilməsinə qoyulan qadağa tətbiq olunub. Mövqe.az "İzvestiya" ya istinadən xəbər verir ki, bu barədə şəhərin rəsmi saytında məlumat yerləşdirilib. Bildirilir ki, bu qərarın verilməsi koronavirus infeksiyası hallarının sayının artması ilə əlaqədardır. Qeyd olunub ki, qadağa müvəqqətidir və avqustun 28-dən sentyabrın 9-dək qüvvədə olacaq. Qanunu pozan satıcı 500 avro cərimələnəcək.
Sizin Reklam Yeriniz