Əlaqə Arxiv
news Image
2020.08.30
10:14
| A A A
Təhlükəli asteroid Yerin yaxınlığından keçəcək
ABŞ-ın aeronavtika və kosmik sahənin tədqiqatı üzrə Milli İdarəsi (NASA) 22-49 metrə qədər diametrə malik asteroidin Yer kürəsinə yaxınlaşması haqqında xəbərdarlıq edib. Bu barədə TASS-a istinadən xəbər verir. İdarənin məlumatına görə, "2011 ES4" adı almış asteroid sentyabırın biri planetimizin yanından 120 milyon kilometr məsafədə, 8 km/s sürətlə keçəcək. Asteroid 2011-ci ilin mart ayında kəşf edilib. Astronomlar onu Apollona - orbitləri Yer kürəsinin orbiti ilə kəsişən asteroidlərə aid edirlər.
Sizin Reklam Yeriniz