Əlaqə Arxiv
news Image
2012.05.15
16:19
| A A A
Dünyanın ən bahalı fotoaparatı
Movqe.Az BBC-yə istinadən bildirir ki, 1923-cü ildə çıxan "Leica" markasına məxsus bir fotoaparat prototipi 2.16 milyon avroya satılıb.

Bu indiyə qədər bir kamera üçün ödənilən ən yüksək məbləğdir.

1923-cü ildə istehsal olunan bu model fotoaparatın sayı 25 ədəddir.

"Leica A" adlı model 35mm.lik filmlərdə istifadə edilən və tarixdə ilk daşına bilən fotoaparatdı.

Bu aparatlardan yalnız 12-si bu günümüzədək gəlib çatıb.

Fotoaparat adını açıqlamaq istəməyən bir alıcı tərəfindən Avstriyanın Viyana şəhərindəki "Westlicht" qalereyasında satılıb.

Şənbə günü reallaşan hərrac 300 min avrodan başlayıb.

Ekspertlər kameranın orta hesabla 600 min avroya alıcı tapacağına inanırdılar.

Lakin hərrac başlayan kimi qiymət 1.8 milyon avroya qədər yüksəlib.

Fotoaparatın bu qədər baha satılmasının səbəbi son dövrdə köhnə apatarlara olan marağın sürətlə artmasıdır.

Sizin Reklam Yeriniz