Tvitter Universiteti
Movqe.Az xəbər verir ki, Dünyanın ən məşhur
sosial şəbəkələrindən biri olan "Twitter", təhsil sahəsində
əhəmiyyətli bir addım atıb. Marakana adındakı proqram təminatı
təhsilləri verən şirkəti satın alan sosial şəbəkə firması, "Twitter
Universiteti" layihəsini həyata keçirib həyata keçirib. Keçən
aylarda Marakanadan proqram təminatı təhsili dəstəyi almağa
başlayan Tvitter, alınan təhsildən məmnun qalaraq şirkəti satın
almağa qərar verib. Satın alma müqaviləsindən sonra texniki
mövzularda təhsil verməyə davam edəcək Marakana, Tvitterin
mühəndislik qrupuna qatılacaq. Marakana, Tvitter Universitetinin
təməlini meydana gətirərək təhsilləri sistemli bir hala salacaq.
Tvitter Universitetində inkişaf etdirilən proqramlar, "açıq qaynaq
kod" xüsusiyyətində və hər kəsin istifadəsinə açıq olacaq. 2005-ci
ildə qurulan Marakananın veb saytında yerləşən elanda da onun
qurucuları Tvitterə qatılmaqdan duyduqları həyəcanı dilə gətirib.
Tvitter, əhəmiyyətli iş qüvvəsini inkişaf etdirərək, daha cazibədar
bir şirkət olmağı planlaşdırır.