Tibb tarixində bir ilk: Nəbzsiz insan
Çexiyalı kişi tibb tarixinə adını yazdırıb. Buna səbəb isə onun nəbzi olmadan yaşamasıdır. Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çexiyanın paytaxtı Praqada yanğınsöndürən olan 37 yaşlı Jakub Halik dünyada nəbzi olmadan 6 ay yaşayan yeganə insandır.
Jakub Halik ürəyindəki şişlə əlaqədar əməliyyat edilib. Əməliyyatla onun ürəyi iki mexanik nasosla dəyişdirilib.
Xəstənin 6 aydır yaxşı vəziyyətdə olduğunu deyən, həkimlər onun hər 5-10 ildən bir nasosu dəyişdirməli olduğunu bildiriblər.