Movqe.Az xəbər verir ki, Rus arxeoloqlar tərəfindən qazıntılarda tapılan və kosmetika məhsullarıyla basdırıldığı aydınlaşan 2 min 500 illik skeletin bir kişiyə aid olduğu ortaya çıxıb. Rusiyanın Orenburq bölgəsində olan Flippovka qəbirüstü təpəciyində avqust ayında edilən qazıntılarda ortaya çıxarılan skeletdə, 2 qızıl sırğa, boyunbağı və hər barmağından bir qızıl üzük olub. Həmçinin skeletin yanında kosmetika məhsullarını saxlanması üçün müxtəlif qablar da olub. Arxeoloqlar bu vəziyyətdən yola çıxaraq skeleti Sarmatlar xalqından bir qadına aid olduğunu düşünüb. Lakin, daha sonra edilən ətraflı araşdırmanın ardınca 2 min 500 illik skeletin bir kişiyə aid olduğu ortaya çıxıb. Mövzuyla əlaqədar olaraq Ria Novostiyə danışan məşhur arxeoloq Leonid Yablonski, skeletin üzərində kosmetika və zinət əşyaları tapıldığı üçün bunun qadına aid olduğunu düşündüklərini deyib.