Movqe.Az xəbər verir ki, The Verge saytı üzvlərindən Doomguy nikli istifadəçi, Nokia Lumia 1520-ə aid olduğunu iddia etdiyi bir fotoşəkil yayımlayıb. Təbii ki fotoşəkilin nə qədər doğru olduğunu bilmirik, lakin əvvəlki sızıntılarla fotoşəkil uyğunlaşır. Bu ayın əvvəllərində bəzi qaynaqlar tərəfindən AT & T-in nəhəng ekranlı "Bandit" kod adlı Nokia cihazını test etdiyi deyilmişdi. İddialara görə Nokianın 6 düymlük 1520 modelində 4 nüvəli Qualcomm prosessor var. Həmçinin telefonun Windows telefonlar arasında 1080p ekrana sahib ilk telefon olacağına dair söz-söhbətlər də gəzir. Məşhur sızdırıcı Evleaks tərəfindən "Bandit"in Nokia 1520 adı altında satılacağı deyilmişdi. İndiyəqədər Evleaks tərəfindən sızdırılan bir çox məlumatın reallaşdığını bildirək.