Əlaqə Arxiv
news Image
2021.01.29
11:21
| A A A
Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb Gürcüstanda həbsxanalarda saxlanılan Azərbaycan vətəndaşlarının sayı 106 nəfər təşkil edir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ötən ilin dekabr ayı üzrə hesabatında bildirilib. Sənədə əsasən, qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 1 nəfər artıb. Vətəndaşların 6-sı ittiham olunan, 96-sı isə məhkumdur. Yerdə qalan 4 nəfər isə yeniyetmədir və məhkumlar arasındadır. Gürcüstanda probasiya nəzarətində olan 31 nəfər Azərbaycan vətəndaşı da var. Onların 28-i kişi, 3-ü qadındır.
Sizin Reklam Yeriniz