Əlaqə Arxiv
news Image
2021.11.17
09:24
| A A A
Doğma çayınızdan “İlin qazanı sən ol” şüarı ilə lotereya

Ölkəmizin ilk milli çay markası olan Azerçay istehlakçıları üçün stimullaşdırıcı lotoreya keçirir. Belə ki, “Doğma çayınızdan qazandıran lotereya!” adlı lotoreya çərçivəsində alıcılar 6 ədəd Nissan X-Trail avtomobili və yüzlərlə dəyərli hədiyyələr qazanmaq şansı əldə edəcək. “İlin qazananı sən ol” şüarı ilə keçirilən lotereyada iştirak etmək isə çox asandır. Bunun üçün marketlərdən uduşlu “Azerçay” məhsulu almaq, qutunun qapağının altındakı şifrəni ad, soyad və yaşayış yeri ilə birlikdə Azercell və Bakcellnömrələrindən 8825-ə göndərmək və nəticələr elan olunana qədər qutunu saxlamaq lazımdır.

Qeyd edək ki, 15 oktyabr 2021 – 31 yanvar 2022 tarixləri arasında keçiriləcək stimullaşdırıcı lotoreyadaAzerçayın 250 və 450 qramlıq Buket, Klassik, Pekoevə yeni çeşid Gül Bağçası məhsularını alaraq möhtəşəm hədiyyələr qazana bilərsiniz. Daha dəqiq desək, 450 qramlıq çay alanlardan 6 nəfər Nissan X-Trail avtomobili, 250 qramlıq çay alanlar isə 198 ədəd Samsung markalı A31 smartfonu və hər biri 18 ədəd olmaqla Note 20, Tab7 planşetləri, televizor, paltaryuyan və soyuducu qazanmaq şansı əldə edəcək.

Xatırladaq ki, stimullaşdırıc lotoreyanın ilk tirajı 1 dekabr 2021-ci il, növbəti tirajlar isə 2022-ci il 4 yanvar və 1 fevral tarixlərində Azad Azərbaycan telekanalında saat 19:00-da keçiriləcək. Lotereyanın nəticələri canlı yayımda və dogmacay.az saytında elan ediləcək.

 

Ətraflı məlumatla aşağıdakı keçiddən tanış ola bilərsiniz:

 

https://www.youtube.com/watch?v=lZh3vktP82s

 

Sizin Reklam Yeriniz