Movqe.Az xəbər verir ki, Prostat xərçənginin gen testiylə erkən diaqnozu edilə biləcəyi təyin olunub. Amerikalı elm adamlarının etdiyi araşdırma, yaşlılıqla əlaqədar 3 geni araşdıraraq prostat xərçənginin nə səviyyədə olduğunun görülə biləcəyini iddia edib. Araşdırmaya xəstəlikdən əziyyət çəkən 43 nəfər qatilıb. İştirakçıların genlərini araşdıran elm adamlarının 10 il davam edən araşdırması, yaşlılığa bağlı 3 genin, şişin nə səviyyədə böyüdüyünü müəyyən etməyə köməkçi ola biləcəyini göstərib. Bu texniki sayəsində, risk qrupundakı xəstələrin nizamlı izlənilməsiylə xərçəngin irəliləyişinin, biyopsiyə ehtiyac duyulmadan aydınlaşacağı deyilib. Həmçinin bu sayədə prostat xərçənginin daha yaxşı diaqnozuyla yanaşı , lazımsız müalicəyə ehtiyac duyulmadığı müəyyənləşib. Araşdırma, "Transnational Medicine" jurnalında nümayiş olunub.