Əlaqə Arxiv
news Image
2013.09.25
18:56
| A A A
Özümüzü payız depressiyasından necə qoruyaq?

Bəzi psixoloqların fikrincə depressiya payız aylarında baş verir. Günəşli günlərin sayı azaldıqca digər səbəblərlə birlikdə yağışlı və küləkli havalar depressiyanı yaradır. Əgər bu fəsildə iştahsızlıq olarsa bu payız depressiyasının olduğundan xəbər verir. Bura pessimist düşüncələr, ruhi sağlamlıq və təklik hissi də aiddir.

Payız depressiyasından qorunmaq üçün sağlam qidalanmaq, yetərli yuxu, idman, istirahət, yoga, meditasiya və spa məşqləri də vacibdir.


Sağlam qidalanma

Düzgün qidalanma hər fəsildə vacibdir. Payızla birlikdə soyuyan havalar insanda yağlı və karbohidratlı qidalara marağı artırır. Ancaq bu tip qidalar artıq çəkiyə səbəb olarkən eyni zamanda psixoloji duruma da təsir göstərir. Bu isə enerjinin gün içərisində düşməsinə və halsızlığa səbəb olur. Buna görə depressiyanı azaldan və sağlamlığa faydalı olan qidalardan əlavə gün ərzində ən azı 8 stəkan su içmək məsləhətdir. Bundan əlavə istəyə uyğun kompleks karbonhidratlı qidaların istifadəsi uyğundur.


Daimi Yuxu 

Yuxusuzluq sağlamlığa və psixoloji hala mənfi təsir etdiyindən depressiyaya səbəb olur. Bu baxımdan gün ərzində 8 saat yuxu kifayətdir. Payız havası yuxu rejiminə erkən saatlarda keçmək üçün əlverişlidir. Günün yorğunluğunu ilıq bir duş və şirniyyatlarla çıxartmaq olur. Bu prosedurlar həm də zehni istirahət etdirir.

İdman etmək

Günəşli günlərdə bədən hərəkətli olduğundan payız fəslində idman etmək çətin olmaz. Oturaq həyat tərzi sürənlər və ya gərgin iş rejimi olanlar üçün payız depressiyası qaçılmazdır. Buna görə idmanla məşğul olmaq vacibdir. 


Xoşbəxt olmaq üçün istirahətə fikir verin

Həyatın yorucu tempindən və harda olmağınızdan aslı olmayaraq özünüzə fayda vermək üçün gün içərisində müxtəlif fasilələrlə istirahətə vaxt ayırmaq lazımdır. Motivasiyanı artıracaq bu sadə düstur həyatı mənalı etməyə kömək edir. Günorta vaxtlarında və ya ara vaxtlarda alver etməyə, gəzintidə olmağa, xoşladığınız filmi seyr etməyə diqqət göstərin. 


Spa, Yoga və Meditasiya məşqləri

Alternativ rahatlama üsulları arasında son illərdə seçim edilən məşqlər arasında spa, yoga və meditasiya məşqləri payız depressiyasına yaxşı təsir göstərir.

Bu məşqlər zehni ruhi xaosdan təmizləyir və pis düşüncələrdən uzaqlaşdırır.

Sizin Reklam Yeriniz