Əlaqə Arxiv
news Image
2013.09.27
17:12
| A A A
"Geylər başqa makaron yesin"

Movqe.Az xəbər verir ki, "Geylər başqa makaron yesin" sözləri ilə eynicinsliləri  hirsləndirən İtalyan makaron istehsalçısının müdiri, üzr istəsə də dediyi sözlərindən geri addım atmayıb. İtalyan Barilla makaronlarının müdiri Guido Barillanın , bir radio proqramında söylədiyi "Əgər Geyler bizim makaronlıarımızı və reklamlarımızı bəyənirlərsə, bizim makaronlarımızı yesinlər. Əgər bəyənmirlərsə yeməsinlər, gedib başqa markaron firmasının makaronlarını yesinlər" sözləri homoseksualların böyük reaksiyasına səbəb olduğundan Barilla üzr mesajı nümayiş edib. Şirkətin Facebook səhifəsinə bir mesaj yazan Guido Barilla "Əgər sözlərim səhvdirsə və ya müzakirələrə yol açaraq bəzi insanları incidibsə üzr istəyirəm" deyib. Lakin Barillanın bu üzr mesajı, sözlərindən geri addım atdığı mənasını vermir. Söylədiklərinin arxasında olduğunu müdafiə edən makaron istehsalçısı "Barilla hər zaman reklamlarında ailəni təmsil etmə yolunu seçmişdir, çünki bu qonaqpərvərliyin və sevginin simvoludur. Heç bir ayrı-seçkilik etmədən hər kəsə qarşı böyük bir hörmət beslədiymizi bildirmək istəyirəm. Gey insanlara da, hər kəsin ifadə azadlığına da hörmətim var. Hətta reportajda da homoseksualların evlənməsinə hörmət etdiyimi söyləmişdim "deyə yazıb. Ancaq Guido Barillanın bu mesajı, İtalyan homoseksualları sakitləşdirməyə yetməyib. İtalyan siyasətçi və LGBT aktivisti Alessandro Zan, Barillanın mesajına dərhal bir cavab verərək şirkətin markalarını boykot etdiyini söyləyib və hər kəsi bu boykota dəvət edib.  1877-ci ildə Parmada kiçik bir makaron atelyesi olaraq qurulan Barilla , hazırda  100-dən çox ölkəyə makaron ixrac edən böyük bir marka halına gəlib. Şirkətin rəhbərliyi isə 1993-cü ildə atasının ölümündən bu yana Guido Barilladadır .

Sizin Reklam Yeriniz