Əlaqə Arxiv
news Image
2013.09.30
15:34
| A A A
Dəri xərcənginə yeni ümid

 Movqe.Az xəbər verir ki, immunitet sistemini tezləşdirən yeni bir dərman kombinasiyasının, xəstəliyi irəliləmiş bir çox dəri xərçəngi patsientinin həyatını xilas edə biləcəyi deyilib. Hollandiyanın paytaxtı Amsterdamda təşkil edilən Avropa Xərçəng Konqresində danışan mütəxəssislər, yeni immunoterapi dərmanları sayəsində bir çox xəstənin xroniki xəstəliklə birlikdə də olsa həyatlarına davam edə biləcəyini söyləyib. Konqresdə yeni müalicə üsulu üzərində edilmiş ən əhatəli araşdırmaya aid məlumatları təqdim edən ABŞ Dana Farber Xərçəng İnstitutundan Stefen Hodi "Bir neçə il əvvəl dəri xərçəngi ilə müalicə sözlərini eyni cümlədə istifadə etməyi xəyal belə edə bilməzdik, lakin artıq bu istiqamətdə irəliləyirik" deyib. Yeni dərmanlar sayəsində dəri xərçəngi hadisələrinin 20 faizində xəstəliklərin tamamilə nəzarət altına alındığı deyilib. Mütəxəssislərə görə, tezliklə bazara çıxarılması planlaşdırılan yeni dərmanlarla dəri xərçəngi 5-10 il ərzində ölümcül bir xəstəlik olmayacaq.

Sizin Reklam Yeriniz