Əlaqə Arxiv
news Image
2013.10.01
11:48
| A A A
Narkotik polisin nəzarəti altında istehsal ediləcək

Kanada höküməti narkotikdən istifadəni nəzarətdə saxlamaq məqsədilə bu addımı atacaq

Dünya  Kanadada narkotik maddələr polis nəzarəti altında istehsal ediləcək. Türkiyə mətbuatının verdiyi məlumata görə, hökümət bu addımı narkotikdən istifadəni nəzarətdə saxlamaq üçün atır. 


Kanada Federal Səhiyyə Nazirliyin fikrincə, xaş-xaş istehsal etmək istəyən şirkətlər Kanada Kraliyyət Polisinə icazə üçün müraciət etməlidir.


Nazirlikdən verilən açıqlamaya görə, bu vaxta kimi 156 şirkət icazə üçün müraciət edib, bunlardan ikisinə icazə verilib.


Bu sistem sayəsində küçələrdə qramı 10 dollara satılan xaş-xaş dövlət nəzarəti olan şirkətlərdə 7.6 dollara satılacağı açıqlanıb. İstehsal edilən xaş-xaş nazirlikdə keyfiyyət nəzarətindən sonra paylana biləcək.

Sizin Reklam Yeriniz