Əlaqə Arxiv
news Image
2013.10.01
17:09
| A A A
Spam sosial mediaya da sızdı

Movqe.Az xəbər verir ki, Elektron poçt qutularının bəlası Spamlar artıq sosial mediaya da bulaşıb. Bir araşdırmaya görə 2013-cü ilin ilk yarısında təxminən bir sosial media hesabına bulaşan spam sayı 355 faiz artıb. İstək xaricində gələn reklam maili olan spam e-poçtlardakı filtrlərin inkişafıyla o öz istiqamətini sosial mediya salıb. İki il ərzində 60 milyon məzmunun araşdırıldığı araşdırmaya görə sosial mediadakı hər 200 məlumatdan 1 dənəsi spamdır. Eyni zamanda bütün sosial media tətbiqlərinin 5 faizi spam olma potensialına sahibdir.O əvvəl rahat bir tətbiq kimi görünsə də yeniləmə etdikdən sonra spama çevrilir. Fərqli araşdırmalara görə inkişaf etmiş filtrlərə baxmayaraq göndərilən e-poçtların 70 faizi spamdır. Facebook da 2012-ci ildə paylaşılan məruzələrin 4 faizinin spam olduğunu açıqlamışdı.

Spam — kütləvi olaraq yayılan və eyni zamanda alınması arzuolunmaz olan reklam və ya digər məzmunlu məlumatdır. İlk növbədə spam termini elektron məktublara şamil olunur. Başqa sözlə, spam – tələb edilməmiş məlumatların kütləvi və anonim göndərilməsidir. 

Sizin Reklam Yeriniz