Əlaqə Arxiv
news Image
2013.10.01
18:49
| A A A
Mürəbbədən siçan çıxdı

Movqe.Az xəbər verir ki, Belçikalı mürəbbə firması Maternenin çiyələk cemi qabından siçan başı çıxıb, firma bazardakı şübhəli məhsullarını yığıb. Belçikanın ən etibarlı cem firmalarından biri olan Maternenin çiyələkli cem qabından siçan başı çıxıb. Diest bölgəsindən bir istehlakçının şirkəti axtararaq 720 qramlıq qabından siçan başı çıxdığını söyləməsilə, eyni gün bütün marketlərdəki çiyələk mürəbbələrinin toplatıldığı öyrənilib. Materne şirkəti etdiyi şərhdə cemlərin analizlərinin ediləcəyini və ətraflı məlumatın da daha sonra açıqlanacağını bildirib. Şirkət, EAN 54 10046 001 278 kodlu və son istifadə tarixi 3 yanvar 2016 olan cemlərin də istifadə edilməməsi mövzusunda xəbərdarlıq mesajı yayımlanıb. Mürəbbə qabında siçan başı tapan Sanne adlı vətəndaş isə bir daha əsla cem yeməyəcəyini söyləyib.

Sizin Reklam Yeriniz