Əlaqə Arxiv
news Image
2013.10.02
16:04
| A A A
2 yaşlı körpə əkizinə "hamilə"dir - FOTOLAR

Movqe.Az xəbər verir ki, Çinin Huaşi əyalətində qarınındakı ifrat şişlik ucbatından xəstəxanaya qaldırılan iki yaşındakı bir oğlan körpənin əkizinə "hamilə" olduğu ortaya çıxıb. Uşağın mədəsində böyüyən əkiz qardaşı bir əməliyyatla çıxarılıb. Çin rəsmi xəbər agentliyi Şinhuanın bildirdiyinə görə, iki yaşına girən Şiao Feng adlı körpənin qarınındakı ifrat şişlikdən ötəri nəfəs alma çətinliyi çəkməsiylə ailəsi xəstəxanaya müraciət edib. Çəkilən rentgen filmində körpənin əkizinə hamilə olduğu ortaya çıxıb. Tək yumurta əkizlərindən birinin, digərinin mədəsində böyüdüyü və gedərək iki yaşındakı körpənin bütün mədəsini örtdüyü aydın olub. Omba sümüyündən tutmuş ayaq dırnaqlarına qədər bədəninin böyük hissəsinin inkişaf etdiyi aydın olan parazit əkiz uzun bir əməliyyatla körpənin qarnından alınıb. Bu vaxt iki yaşındakı körpənin mədəsinin də parazit körpə ucbatından ziyan görməsi səbəbiylə böyük bir hissəsinin alındığı açıqlanıb. Çin televiziyası, kiçik körpənin alınmaması halında, böyük qardaşının bədənində böyüyəcəyi və müəyyən vaxt sonra da ölümünə səbəb olacağı deyilib.





Sizin Reklam Yeriniz