Əlaqə Arxiv
news Image
2013.10.02
19:45
| A A A
İstiliyə həssas paltar ixtira olunub

İngiltərənin "Daily Mail" qəzetinin yaydığı bir xəbərə görə İngiltərə vətəndaşı olan Chiris Ebejer adlı bir həkim uşaqlar üçün xüsusi bir geyim hazırlayıb. Geyimin üstünlüyü ondadır ki, o istiliyə qarşı olduqca həssasdır paltarı körpəyə geyindirdikdən sonra əgər körpənin hərarəti 37-ni keçərsə bu zaman paltar rəngini dəyışır.

Dr. Chiris Ebejer paltar üzərində öz qrupu ilə altı il işləmişdir. Tədqiqat üçün yeddi yüz min funt sterlinq xərclənmişdir.

Mavi, çəhrayı və yaşıl rənglərdə istehsal olunan paltarlar hərarət 37 dərəcədən yuxarı qalxdığı zaman rəngini dəyişərək ağ olur. Bununlada körpənin xəstəliyi haqqında xəbər tutan valideynlər xəstəliyin qarşısının alınması üçün vaxtında tədbir görürlər.

Paltar bu ilin oktyabrindan 20 funt sterlinqə satışa çıxarılacaq.


Sizin Reklam Yeriniz