Əlaqə Arxiv
news Image
2013.10.02
23:03
| A A A
Qızlar məhkəmədə üst geyimsiz etiraz etdilər

Movqe.Az xəbər verir ki, İsveçin paytaxtı Stockholmdakı ağır cəza məhkəməsi üst geyimsiz etiraz nümayişinə şahid olub. Təcavüz ittihamı ilə mühakimə olunan 6 gəncin, məhkəmə tərəfindən günahsız tapılaraq sərbəst buraxılmasına etiraz edən İsveçli iki feminist təhlükəsizlik işçiləri tMəhərəfindən məhkəmə binasından çıxarılıb. 15 yaşındakı bir qıza təcavüz etdikləri səbəbiylə şəhər məhkəməsi tərəfindən təqsirkar olan 15-16 yaşlarındakı 6 gənc, ağır cəza məhkəməsində dəlil qeyri-kafiliyi səbəbiylə sərbəst buraxılıb. İsveçlilər qərara etiraz edərək 70 min imza yığıb və məhkəməyə təqdim edib. Feministlər sosial paylaşma saytlarında qərara etiraz edərək "əgər məhkəmə təcavüzçüləri cəzalandırmasa biz cəzalandırırıq və biz də onlara təcavüz edirik" cümlələrini yazıblar. Bununla da kifayətlənməyən feminist qızlar ağır cəza məhkəməsi binasına gələrək üstsüz halda hərəkət ediblər. Aktivist feministlər məhkəmənin təhlükəsizlik işçiləri tərəfindən binadan çıxarılıb. Üst geyimsiz hərəkət edən iki gənc qız, "biz təcavüzçülərin cəzalandırılmalarını istəyirik. Heç olmasa prokurorun qərara ali məhkəmədə etiraz etməsini gözləyirik Əks təqdirdə biz onlara təcavüz edərək cəzalandıracağıq. İddianın ali məhkəməyə daşınması üçün 70 min imza yığdıq" deyiblər.

Sizin Reklam Yeriniz