Əlaqə Arxiv
news Image
2013.10.03
23:31
| A A A
Marsda vulkan izləri tapılıb

Movqe.Az xəbər verir ki, Mars planetində hələ keçmişdən səmaya milyardlarla ton qaya və kül püskürdən super vulkanların mövcud ola biləcəyi bildirilib. BBC-nin xəbərinə görə, iki elm adamı Joe Michalski və Jacob Bleacher, Marsın şimalında Arabia Terra olaraq adlandırılan bölgədə yerləşən çökmələrinin, sözügedən super vulkanların qalıqları ola biləcəyinə inanırlar. Super vulkanların, atmosferin quruluşuna təsir etmiş, iqlimi pozmuş və kül yağışının, planetin böyük hissəsini örtmüş ola biləcəyini müdafiə edən elm adamları, hazırda Marsda kəşf edilən bəzi tortuların qaynağının yüksək ehtimalla bu çox böyük diametrli partlayışlar ola biləcəyi deyilib. Sözügedən vulkanların, eyni zamanda həyat üçün lazımlı olan elementləri və suyu, planetin dərinliklərindən çıxarmış ola biləcəkləri düşünülür.

Sizin Reklam Yeriniz