Əlaqə Arxiv
news Image
2013.10.04
18:58
| A A A
Qadınların nəzırinə! Gündə bir saat gəzin, döş xərçəngindən qorunun!

Movqe.Az xəbər verir ki, ABŞ-da edilən bir araşdırma nəticəsində, menopoza girmiş qadınların gündə bir saat gəzməklə döş xərçənginə tutulma təhlükəsini əhəmiyyətli ölçüdə azalda biləcəkləri aşkarlanıb. 17 il müddətlə 73 mini aşan qadının izlənilməsiylə hazırlanan hesabat , həftədə ən az yeddi saat açıq havada gəzməyin döş xərçəngi ehtimalını azaltdığını müəyyən edib.

Amerika Xərçəng Dərnəyinin araşdırmaçıları, gəzintilə döş xərçəngi təhlükəsinin azalması arasında ilk dəfə bir əlaqə qurub. İngilis mütəxəssislər beləcə , həyat tərzinin xərçəng üzərindəki təsirini bir daha aydınlaşdırır.

Ramblers adlı xeyriyyə təşkilatının etdirdiyi yeni bir yoxlama , yetkinlərin dörddə birinin həftədə bir saatdan çox gəzmədiyini aşkar edib. Fiziki baxımdan fəal olmağın bir çox xərçəng növünə tutulma təhlükəsini azaltdığı bilinir. "Cancer Epidemiology , Biomarkers & Prevention" adlı jurnalda yerləşən araşdırma, 1992-1993 illər arasında xərçəng izləmə proqramına alınan və yaşları 50-74 arasında dəyişən təxminən 74 min qadından yığılan məlumatlara əsaslanır.  Qrupdakı qadınlar, sağlamlıq vəziyyətləri , nə qədər hərəkət etdikləri , üzgüçülük, gəzinti, aerobika kimi fəaliyyətlərə nə ölçüdə qatıldıqları, və nə qədər müddətlə oturaraq televizor izlədikləri və ya kitab oxuduqlarına dair sualları cavablandırıb. Araşdırma çərçivəsində qadınlar, eyni suallara 1997-2009-cu illər arasında , iki il fasilələrlə yenidən cavab verib. Qadınların 47 faizi açıq havada gəzintini boş zamanlarında etdikləri yeganə fəaliyyət olduğunu söyləyib. Həftədə ən az yeddi saat gəzən qadınlarda döş xərçənginə tutulma təhlükəsi, həftədə üç və ya daha az müddət gezənlərlə müqayisədə 14 faiz az çıxıb. Daha çox və daha uzun müddət enerji xərclənməsini tələb edən fiziki fəaliyyətlərin , döş xərçənginə tutulma təhlükəsini daha da azaltdığını yazan səlahiyyətlilər, " Döş xərçəngini məğlub etməyin ən yaxşı yolu , hələ ilk mərhələdə yaranmasının qarşısını almaqdır " deyirlər.

Sizin Reklam Yeriniz