Əlaqə Arxiv
news Image
2012.04.03
20:17
| A A A
Aerostat- külək mühərriki
Altaeros Energies şirkəti böyük hündürlüklərdə elektrik enerjisi almaq üçün aerostat - külək mühərriki layihələndirib. Şirkətin mütəxəssisləri artıq fəaliyyət göstərən və bir neçə sınaqdan çıxmış prototip hazırlayıb. Airborne Wind Turbine adlı külək mühərrikindən uzaq rayonlarda və hərbi bazalarda istifadə etməyi planlaşdırırlar.

Qurğu içərisi heliumla doldurulmuş halqaşəkilli pərdəni xatırladır. Onun daxilində isə külək turbini vardır. Aerostat yerə troslar vasitəsilə bərkidilir.

Şirkətin hazırladığı prototip ölçüsü 10,7 m olan kiçildilmiş versiyadır. Sınaqların gedişində aerostat 107 m hündürlüyə qaldırılmışdır. Heliumla doldurulmuş mühərriyin səsi azdır, bundan başqa, onun havaya qaldırılmasına o qədər də güc sərf olunmur: bütün lazımi əməliyyatları yerdə yerinə yetirmək olar.

Sizin Reklam Yeriniz