Əlaqə Arxiv
news Image
2013.10.08
16:21
| A A A
2015-ci ilin ümidi bu peyvənddir

Movqe.Az xəbər verir ki, İngiltərənin ən böyük dərman şirkəti "GlaxoSmithKline"ın ( GSK ) çıxardığı yeni bir malyariya peyvəndinin 2015-ci ildən etibarən xəstəliyin ən məşhur olduğu ölkələrdə istifadəsinə başlandığına inanılır. Dünən Cənubi Afrikanın Durban şəhərində açıqlanan test nəticələrinə görə, RTS , S adı verilən bu yeni peyvənd 5-7 aylıq körpələrdə görülən xəstəliyi yarıya, 6-12 həftəlik körpələrəki xəstəlikləri isə dörddə birə qədər azaldır. Peyvənd 18 ay müddətində təsirli olur. Dünyada hər il 660 min civarında insan bu xəstəlik səbəbiylə dünyasını dəyişir. Bunların əksəriyyəti 5-6 yaşlı uşaqlardır. Xəstəlikdən xilas olmağı bacaranlar isə xəstəliyin bir sıra əks təsirlərini həyatları boyunca daşımaq məcburiyyətində qalır. Şirkətin baş vitse-prezidenti Duncan Learmaus, qızdırma xəstəliyi İngiltərədə də Afrikada olduğu qədər ciddi ölçülərdə olsa, peyvəndin məhdud təsirinə baxmayaraq lisenziya ala biləcəyini düşündüyünü bildirib.

Sizin Reklam Yeriniz