Əlaqə Arxiv
news Image
2013.10.08
17:33
| A A A
Diqqət! Qız və oğlanlar ancaq yarım metr bir-birinə yaxınlaşsın!

Movqe.Az xəbər verir ki, Son həftələrdə Çində bir sıra orta məktəblərdə tələbələri romantik əlaqələrdən ayırmaq üçün qüvvəyə minən qaydalar gündəmi məşğul edib. Çinin Hangzhou şəhərindəki məktəb idarəsi, qız və oğlan şagirdlərin bir-birlərinə ən çox yarım metr yaxınlaşa biləcəyini açıqlayıb. 

Həmçinin qarşı cinsdən olan şagirdlərin məktəb şəhərciyində cüt olaraq gəzməsi da qadağan edilib.

Venzhou şəhərində yerləşən bir məktəb isə şagirdlərin istər öz həmçinsi, istərsə də qarşı cinsin nümayəndəsiylə yanaşı gəzməyi qadağan edib. Qaydanı pozanları isə sərt cəza tədbirləri gözləyir. 

Çin məktəblərində keçmişə görə şagirdlərin daha çox bir-birini sevdiyi müşahidə edilir. Amma bu, yetkinlik dövründəki gənclərin daha tez cinsi əlaqəyə girdiyi mənasına gəlmir. Məktəb rəhbərləri , uşaqlarının akademik müvəffəqiyyətinin sevgi olacağı təqdirdə mənfi təsirlənəcəyini düşünən ana-ataların narahatlıqlarına cavab verdiklərini söyləyirlər. 

Sizin Reklam Yeriniz