Əlaqə Arxiv
news Image
2013.10.09
14:16
| A A A
Hamamda doğmuş qadın: "Hamilə olduğumu bilmirdim" - FOTO
22 yaşlı Nadya Uotson gözəl, şirin Poppi MakSuinninin anasıdır. 11 aylıq körpənin anasının hamiləliyi və doğuşu isə dediyinə görə, çox qəribə olub.

Belə ki, Nadya Uotson hamilə qaldığından xəbər tutmayıb, yalnız doğuş sancıları tutanda dünyaya uşaq gətirəcəyini anlayıb.

Hər halda onun özü belə deyir, and-aman edir.

 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Somerset qraflığındakı Ueston Super Maredə yaşayan 22 yaşlı Nadya Uotsonun dediyinə görə, olay 11 ay əvvəl baş verib.

 

Həmin axşam o, gecənin bir aləmində qarnındakı kəskin ağrılardan ayılıb.

Nadyanın qeyri-rəsmi nikahda olduğu əri, 22 yaşlı Lüis Maksuinni yatırdı və qadın onu oyatmaq istəməyib.

 

"Hamam otağına keçdim. Orada ağrılar elə şiddətləndi ki, az qaldı qışqıram, dəli olam. Yerə yıxılıb qışqırmağa başladım.

Lüis ayılmışdı. Qonşular dərhal 999 xidmətinə zəng vurub təcili yardım çağırıblar. Huşumu itirdim. Özümə gələndə isə dedilər ki, ana olmuşam, qızım doğulub. Amma hamilə olduğumu bilməmişdim", - Nadya Uotson deyib.

 

Lüisin sözlərinə görə, sonradan bilib ki, Nadyanın doğuşu 1 saat çəkib və sonucda Poppi doğulub: "Elə bərk yatmışdım ki, Nadya doğanda ayılmamışdım".

 

Nadya gülərək deyir: "Doğandan sonra yataq otağımıza getdim və qızımızı Lüisə göstərdim. Onu yuxudan oyatdım. Lüis baxdı və yenidən yatmağa başladı".

 

Nadyanın sözlərinə görə, hamilə olduğunu bilməyib. Qarnı böyüyəndə o, kökəlməyə başladığını düşünübmüş.

"Hamiləlik zamanı yeganə ağrılar belimdəki sancılar idi.

 

Qətiyyən düşünmürdüm ki, hamiləyəm. Ağlıma belə gəlməmişdi. Lüis deyirdi ki, yəqin 10 ildən sonra ata olar. Bu sözlərdən cəmi 12 saat sonra Poppi doğuldu", - Nadya bildirib.

 

Milli.Az

Xəbərin mənbəyi: 'I didn't know I was pregnant until I gave birth on the bathroom floor': Size 10 woman delivers her own baby while oblivious partner sleeps through her screams

Sizin Reklam Yeriniz