Əlaqə Arxiv
news Image
2012.05.21
12:54
| A A A
Zuckerberq evləndi

Movqe.Az CNN-nə istinadən xəbər verir ki, Sosial şəbəkə  Facebookun qurucusu və baş direktoru Mark Zuckerberq ailə həyatı qurub.

28 yaşlı Zuckenberq 9 ildir birlikdə olduğu 27 yaşındakı Priskilla Çan ilə ailə qurub.

Kaliforniya əyalətinin Palo Alto şəhərindəki evinin bağçasında təşkil edilən toy mərasiminə 100-ə yaxın qonaq qatılıb.

Toy qonaqlar üçün sürpriz olub. Onlar Kalifornia Universitetinin tibb fakültəsindən bazar ertəsi günü məzun olan Çanın məzuniyyətini qeyd etməsi fikri ilə qonaq gəldiklərini bildiriblər.

Şirkətin spikeri, Zuckerberqin gəlinə öz dizaynı olan "sadə bir yaqut üzük" taxdığını söyləyib.

Facebooku 2004-cü ildə quran Zuckerberq, "Time" jurnalı tərəfindən 2010-cu ildə ilin adamı seçilib.


Sizin Reklam Yeriniz