Əlaqə Arxiv
news Image
2013.10.11
15:41
| A A A
İngiltərədə Qızıl Xaç illər sonra ilk dəfə fəaliyyətdə

Movqe.Az xəbər verir ki, Qızıl Xaç, İkinci Dünya Müharibəsindən bu yana ilk dəfə bu qış İngiltərədə ehtiyac sahibləri üçün yemək yardımı yığacaq və bu yardımların paylanmasını təmin edəcək. İngiltərədəki Qızıl Xaç könüllüləri, noyabr ayının sonunda ölkə daxilindəki süpermarketlərə gedib ərzaq yardımı istəyəcək. Daha sonra da toplanan yardımların ehtiyac sahiblərinə çatdırılması üçün FareShare dərnəyinə kömək edəcək. İngiltərə, Avropanı sarsıdan iqtisadi böhranlarla üzləşən və insanların hər gün evinə yemək aparmaqda çətinlik çəkdiyi ölkələrdən yalnız biridir. Avropadakı maliyyə böhranının dağıdıcı təsirləriylə əlaqədar bu gün açıqlanan bir hesabata görə son üç il ərzində qida köməyindən faydalanan insanların sayında 75 faiz artım görülüb. Avropa qitəsi daxilində hər gün ən az 43 milyon insan kafi qidalana bilir və 120 milyon insan yoxsulluq riski altında yaşayır.

Sizin Reklam Yeriniz