Əlaqə Arxiv
news Image
2013.10.11
16:21
| A A A
İsrailin tviti neft bazarını qarışdırdı

Movqe.Az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin rəsmi Tvitter hesabı "@ IDFSpokesperson@dan dünən atılan və İsrailin Suriyanın hava limanlarına hwcum təşkil etdiyini əks etdirən bir tvit neft bazarını alt-üst edib. Tvitdə , "10 Oktyabr # YomKippur73 : İsrail Hava qüvvələri Sovet silahlarının Suriya ordusuna çatmasını önləmək məqsədiylə Suriyadakı hava limanlarını bombaladı " deyilib. Tvitin sonunda da müharibənin günbəgün necə inkişafını aydınlaşdıran bir sayta yönələn linklər paylaşılıb. Əslində məqsəd Yom Kippur Müharibəsinin 40-cı ildönümünü anlatmaq idi. Neftin barrel qiyməti birdən-birə1 dollar yüksəlib. İsrail ordu spikeri Peter Lerner , yaşanan böhranla əlaqədar şərhində, "Bunun bizim Yom Kippur Tvitter ardiçılığımızın bir hissəsi olduğu aydındır. Həqiqətlər də aşkardır və asanlıqla oxuna bilər vəziyyətdədirlər"

Sizin Reklam Yeriniz