Əlaqə Arxiv
news Image
2013.10.11
18:14
| A A A
"GTA V"dən 7 dünya rekordu

Movqe.Az xəbər verir ki, məşhur oyun seriyası "Grand Theft Auto"un (GTA) təxminən 250 milyon dollar xərclə inkişaf etdirilən 5-cihissəsi bazara çıxdıqdan qısa bir müddət sonra satış rekordları qırmış və xərcini əlavəsiylə çıxarmışdı. Guinness isə oyunun düz 7 dünya rekordu qırdığını açıqlayıb. Rockstar Games oyunun ilk gün 800 milyon dollarlıq satış etdiyini, üç gün ərzində də 1 milyard dollara çatdığını açıqlayıb.


Bu da GTA V tərəfindən qırılan 7 dünya rekordu:

1. Tanıtımı ən çox izlənilən fəaliyyət oyunu

2. 24 saat ərzində ən çox satan fəaliyyət oyunu

3. 24 saat müddətində ən çox satan video oyunu

4. 1 milyard dollar satış rəqəminə ən sürətli çatan əyləncə məhsulu

5. 1 milyard dollar satış rəqəminə ən sürətli çatan video oyunu

6. 24 saat ərzində ən yüksək ümumi rəqəmə çatan oyun

7. 24 saat içində ən yüksək miqdarda gəlir əldə edən əyləncə məhsulu.

Sizin Reklam Yeriniz