Əlaqə Arxiv
news Image
2013.10.11
20:23
| A A A
Yarımçıq məlumat verən həkimə 220 min avro cəza

Movqe.Az xəbər verir ki, Almaniyada bir həkim xəstəsinə 220 min avro təzminat ödəməyə məhkum edilib. Hamm şəhərində olan Əyalət Ali Məhkəməsi, həkimi '"bağırsaq endoskopiyası"' haqqında xəstəni kifayət qədər bilgiləndirmədiyi üçün tazminata məhkum edib. 2007-ci ildə həkimə müraciət edən xəstə endoskopiyadan sonra bağırsaqlarından tez-tez xəstələnib və dəfələrlə müalicə görmək məcburiyyətində qalıb. Xəstə işləməyəcək vəziyyətə gəlib və erkən təqaüdə çıxıb. "Həkimim məni endoskopiya riskləri haqqında kifayət qədər məlumatlandırsaydı, başqa müalicə üsullarına müraciət edərdim". deyən xəstə, məhkəməyə müraciət edib. Xəstənin şikayətini haqlı tapan məhkəmə həkimin kifayət qədər məsuliyyətli davranmadığına qərar verib. 

Sizin Reklam Yeriniz