Əlaqə Arxiv
news Image
2013.10.14
16:00
| A A A
Mərakeşdə öpüşmə hərəkatı

Movqe.Az xəbər verir ki, öpüşdükləri bir fotoşəkili Facebook hesabından paylaşdıqları üçün haqqlarında iddia açılan cütlükləri dəstəkləmək üçün toplanan 50-ə yaxın insan Mərakeşdə parlament binası qarşısında "öpüşmə" hərəkatı keçirib. Yerli və xarici medianın maraq göstərdiyi sakit keçən hərəkatda 10-a yaxın cütlük bir-birini öpərək, yalnız birlikdə fotoşəkillərini yayımlamaq üçün 3 gün nəzarətdə tutulan , sonra isə haqqlarında iddia açılan gənc cütlüyə dəstək verib.

Həbs sosial mediada böyük təsir yaratdıqda sərbəst buraxılan gənc cütlük də dəstək hərəkatına qoşulub. Lakin hərəkata qarşı çıxan bir qrup, cütlərin üzərinə kürsü ataraq aktivistləri dağıtmaq istəyib. Qrupdan bir nəfər, " Biz müsəlman bir ölkədə yaşayırıq və ictimai sahədə öpüşmək qadağandır. Sadə bir öpüşmə başqa şeylərə yol aça bilər. Bunlar İslama qarşı gələn ateistlərdie "deyərək hərəkata etiraz edib. Fotoşəkillərini yayımlayan gənclərin iclası Cümə səhəri açılıb. lakin məhkəmə 22 oktyabra təxirə salınıb. 

Sizin Reklam Yeriniz