Əlaqə Arxiv
news Image
2012.04.03
20:18
| A A A
Gizli sevgi üzə çıxır
KİV KXDR-in gənc lideri Kim Çen Inın şəxsi həyatı barədə təfsilatları informasiya qapalılığı şəraitində açıqlamaqda davam edir. Bu dəfə gənc rəhbər cari ilin əvvəlində Cənubi Koreyaya qaçmış Pxenyanın elit dairələrində tanınmış müğənni qadın ilə sevgi macərasının qəhrəmanına çevrilib. O, "Poçxonbo" elektron musiqi ansamblının gənc vokalisti Hyun Son Vola aşiq olub. Müğənninin 8 mart münasibətilə Pxenyan televiziyası ilə nümayiş etdirilən konsertinə baxan Şimali Koreya lideri onu gurultulu surətdə alqışlayıb. Müğənninin sözlərinə görə, gənclər arasında sevgi macərası hələ 2000-ci illərdə - Hyun Son Volun musiqi kollektivini Kim Çen Inın atası Kim Çen İrın iqamətgahına qapalı konsertlərə dəvət edən vaxt başlayıb. Lakin o vaxtkı rəhbər oğlunun müğənni ilə münasibətlərini dəstəkləməyib və onlara görüşməyi qadağan edib. Və tezliklə qız Kim Çen İrın şəxsi mühafizəsindən olan zabitə ərə verilib. Şayiələrə görə, Kim Çen In 2010-cu ilin mayında evlənib və onun hətta bir qızı da vardır. Amma qaçqın müğənni bildirir ki, sevgi macərası Inın təkidi ilə davam edib. Kim Çen İrın ölümündən sonra gizli məhəbbət əlaqələri ilə bağlı nə baş verdiyi isə məlum deyil. Jurnalistlər hələ də Kim Çen Inın qadınının necə olduğu barədə baş sındırırlar. Pxenyanda keçirilən matəm mərasimlərində rəhbərin tabutu yanında dayananlar arasında dərhal Kim Çen Inın arxasınca gedən 25-27 yaşlı gənc qadın görünmüşdü. Cənubi koreyalı ekspertlər güman etmişlər ki, o, ya Kim Çen İrın 24 yaşlı qızı Kim E Condur, ya da Kim Çen Inın gizli arvadıdır. Bildirilir ki, yeni liderin arvadı güman olunan və adı gizli saxlanan qadın Kim İr Sen adına Universiteti bitirib və alimlik dərəcəsi almaq məqsədi ilə təhsilini davam etdirir. Bəzi məlumatlara görə, qadının atası professor, anası isə həkim- ginekoloqdur. Qız KİV-in diqqətini bir ildən azacıq artıq bir vaxtda onların evinə hədiyyələrlə dolu Mercedes-lərdən ibarət avtomobil karvanının gəlməsindən sonra cəlb edib. Hətta belə bir fikir söylənilir ki, Kim Çen In üçün gəlini onun atası və hakimiyyət şəriki Çan Son Thek seçib. Guya o, məxsusi olaraq öz bacısı oğlu üçün yaxşı ailədən gözəl, təhsil almış qız axtarıb. Bütün ehtimallara görə, Çan Son Thek bacısı oğlunun zövqünü heç də pis bilmir, çünki KİV-in məlumatına görə, Kim Çen In "öz gələcək arvadına ilk baxışdan aşiq olub". Tam mümkündür ki, qızın xarici görünüşcə Kim Çen Inın anasına oxşaması faktı da öz rolunu oynayıb.
Sizin Reklam Yeriniz