Əlaqə Arxiv
news Image
2012.05.21
15:30
| A A A
Hollivudlu aktyor jurnalistə əl qaldırdı – Video
" O məni opmək istədi"

Hollivudun tanınmış artisti Uill Smit, Moskva şəhərində məşhur "Qara paltarlı insanlar" filminin üçüncü hissəsinin təqdimatına gəlmişdi. Lakin bu səfər onun üçün xoşa gəlməz oldu.

Qeyd edək ki, qırmızı xalça üzərində şəkil çəkdirərkən, aktyora Moskvalı jurnalist yaxınlaşıb, onu qucaqlayır. "Mənim arzum sizi öpməkdir", - deyən jurnalist Smiti öpməyə başlayır. Görüşün ilk məqamını üzündə gülüşlə qarşılayan aktyor,  "Sənin problemin var", -deyib, sonradan jurnalistə şillə vurur.

Daha sonra Smit etdiyi əməli "O məni dodağımdan öpmək istəyirdi", - deyərək izah etdi.

Qeyd edək ki, Smit tərəfindən şillə vurulan jurnalistin adı Vitaliy Sedyukdur.

Bugünə qədər heç bir qalmaqalda adı hallanmayan Smit, hər zaman jurnalistlərin suallarına gülərüzlə cavab verib. Jurnalistin Smiti öpmək istəyi isə, onu yaman qəzəbləndirib.

Türkan Nadirqızı

Movqe.Az







Sizin Reklam Yeriniz