Əlaqə Arxiv
news Image
2013.10.18
16:52
| A A A
Gəmi yoxsa otel? - FOTOLAR

Movqe.Az xəbər verir ki, məşhur memar Zaha Hədidin , rahatlıqla funksionallığı birləşdirərək hazırladığı yaxta olduqca maraq çəkib. 128 metrlik yaxtadakı göyərtə hamını heyrətləndirib. Ölkəsində tikdiyi bina dizaynlarıyla dünyanın ən tanınmış memarlarından biri olaraq qəbul edilən İraq əslli İngilis memar Zaha Hadid , daha bir maraqlı dizayna daha imza atıb. Hədid bu dəfə Almaniyada gəmi hazırlayan Blohm + Voss ilə əməkdaşlıq edərək yaxta hazırlayıb. Bu yeni proyektdə 128 metr uzunluğunda əsas yaxta və ona bağlı olan 90 metr uzunluğunda beş kiçik yaxta var. Yuxarıdan baxılanda yaxta bir skeleti xatırladır.

Hədid , 2004-cü ildə arxitekturanın Nobeli deyilən Pritzer Memarlıq Mükafatını qazanmışdı. İlk dəfə "super gəmi " hazırlayan Hədid, yatlarda rahatlıq və funksionallığı birləşdirərək mükəmməl nəticəyə imza atıb. Yatlarda bir çox hovuzla yanaşı, yataq , qonaq və iş otaqları var.







Sizin Reklam Yeriniz