Movqe.Az xəbər verir ki, Avstraliyadakı araşdırmaya görə dünya daxilində 30 milyon kölə yaşayır. Siyahının əvvəlində kölə statusunun atadan oğula keçdiyi Afrika ölkəsi Mavritaniya var. Bu ölkədə əhalinin 4 faizini kölələr meydana gətirir. Moritanyanı , Haiti və Pakistan izləyir. Qlobal Köləlik İndeksinə görə dünyada təxminən 30 milyon insan kölə şəraitində yaşayır. Avstraliya mərkəzli "Walk Free Foundation" vəqfi tərəfindən hazırlanan araşdırmaya görə siyahının əvvəlində kölə statusunun atadan oğula keçdiyi Afrika ölkəsi Mavritaniya var. 162 ölkəni əhatə edən köləlik indeksində Haiti ikinci , Pakistan üçüncü , Hindistan isə dördüncü sırada iştirak edir. İndekstdə yerləşən " müasir köləlik " anlayışı borc köləliyini , zorla evləndirməyi , uşaq işçiliyini , insan qaçaqmalçılığının və zorla işlətməyi əhatə edir. Kölə sayının ən çox olduğu ölkə isə 14 milyonluq əhalisiylə Hindistandır. Lakin indeks ümumi əhaliyə nisbətən kölə nisbətini ölçdüyü üçün 1.2 milyard insanın yaşadığı Hindistan siyahıda 4-cü ölkə olaraq təyin olunub. Birinci sıradakı 3.8 milyonluq Qərbi Afrika ölkəsi Mavritaniyada 160 min kölə var. Kölələr bu ölkədə əhalinin 4 faizinə bərabərdir. Araşdırmaya görə müasir köləliyin 72 faizi Asiya qitəsində yaşayır. Çinin 2.9 milyon , Pakistanın da 2.1 milyon köləsi var. Yüksək nisbətdə köləliyin olduğu ölkələr az inkişaf etmiş , korrupsiya, kasıblıq və sosial qarşıdurma sahələrində eyni səviyyəni paylaşır. Mütəxəssislərə görə dünya daxilində köləliyin ən böyük qurbanları zorla evləndirilmə və uşaq evlilikləri ucbatından qadınlardır. ABŞ isə 134-cü sırada olduğu indekstdə 59644 köləyə ev sahibliyi edir. Siyahıda ən alt sırada isə Almaniya, Cənubi Koreya , Avstraliya , Fransa , Kanada və İngiltərə kimi ölkələr var.