Əlaqə Arxiv
news Image
2013.10.21
17:31
| A A A
Kilsədə Azan oxunacaq?

Movqe.Az xəbər verir ki, Almaniyanın Konstanz şəhərində kilsədə azanın , bir oratoryonun hissəsi kimi çalınmaq istənməsi səs-küy yaradıb. Etirazlar ucbatından kilsə rəhbərliyi, azanın çalınmamasını istəyib. Oratoryoda iştirak edən bəzi musiqiçilər isə , buna etiraz göstərmək məqsədiylə nümayişə çıxmayacaqlarını açıqlayıb. Komponist Karl Jenkins , dinlər arası xoştəbiət və dialoqu gücləndirmək məqsədiylə 2000-ci ildə, İslam, Xristianlıq, Yəhudilik və Buddizm dinlərini bir yerdə izah edən oratoryo hazırlayıb. "Silahlı İnsan -Barış Ayinidir " adlı oratoryada bir müəzzin də azan oxuyur. Oratoryo 2000-ci ildən bu yana başda ABŞ və Avropa olmaqla 1500 dəfə səsləndirilib. İndiyə qədər təşkil edilən nümayişlərdə azanın kilsələrdə oxunması vaxtaşırı mübahisə yaratsa da, böyük bir problem meydana gətirməmişdi. Alman "Die Welt" qəzetində verilən xəbərə görə , Almaniyanın Konstanz şəhərindəki Sankt- Gebhards Kilsəsində 17 noyabrda keçiriləcək səsləndirmə , " kilsədə azan istəmirik" hərəkatına çevrilib. Lakin 17 noyabrda kilsədə azanın oxunub-oxunmaması hələlik məlum deyil.

Sizin Reklam Yeriniz