Əlaqə Arxiv
news Image
2013.10.21
16:58
| A A A
Lenovadan yeni Android tablet

Movqe.Az xəbər verir ki, Lenovo,sensor ekranlı və Android əməliyyat sistemi ilə çalışan dizüstü kompüterini tanıdıb. 10.1 düym ekrana malik kompüter 1366 × 768 həllolma əmsalı ekrana sahibdir. Ekranın çevriləbilməsi kompüterin tablet olaraq da istifadə edilməsini təmin edir. Dörd nüvəli 1.6 GHz-lik Rockchip RK3188 Cortex-A9 prosessora sahib məhsul 2 GB RAM, 32 GB daxili saxlama, microSD slotu, VGA web kamerası, iki ədəd USB 2.0 portu və HDMI porta sahibdir. Android 4.2 əsaslı kompüter təxminən 1 kiloqram ağırlığındadır və 1.75 santimetr qalınlığındadır. Dizüstü komputerin batareya müddəti olaraq isə 9 saatdır. A10-un rəsmi çıxış tarixi və ya qiyməti hələlik müəyyən deyil.

Sizin Reklam Yeriniz