Əlaqə Arxiv
news Image
2013.10.21
17:17
| A A A
Times Meydanında uçan rəssam şoku-Foto

Amerikalı ressam Michael Indorato Times Meydanında qurduğu sistem sayəsində uçaraq rəsm çəkib. 


Məşhur rəssam  25 oktyabrda "Javits Center" də açılacaq rəsm sərgisinin təqdimatını Times Meydanında gerçəkləşdirib. Hazırladığı tərəziyə bənzər qurğu sayəsində yerə sərdiyi üç kətan materialın üzərində uçaraq rəsm çəkən İndoratonun nümayişi təxminən 4 saat çəkib. Qurğunun bir tərəfinə ağırlıq daşları qoyan sənətçi, digər tərəfindəki xərəyə üzüstü uzanaraq və havada asılı qalaraq çalışmasını tamamlayıb. Turistlərin marağını çəkən nümayiş haqqında rəssam, şounu həyata keçirmək üçün düzəltdiyi qurğunu 2 ay öncə hazırladığını, xaos nəzəriyyəsindən və kəpənəklərdən ilham aldığını söyləyib. İndoratonun nümayişi zamanı Times Meydanının kirlənməməsi üçün işçilərin gərgin əmək sərf etdiyi müşahidə olunub. 

Sizin Reklam Yeriniz