Əlaqə Arxiv
news Image
2013.10.21
19:28
| A A A
Kloun , narkotik baronunu öldürdü

Movqe.Az xəbər verir ki, Meksikada narkotik şəbəkəsinin lideri, ailə arasında təşkil edilən bir partidə kloun qiyafəsində sui-qəsdçi tərəfindən vurulub. Narkotik şəbəkələri arasında çıxan qarşıdurmalarda çox sayda insanın həyatını itirdiyi Meksikada , ölkənin ən böyük narkotik baronu Françisko Rafael Arellano Felix vurulub. Felix, ailə arasında təşkil edilən bir partidə yanına yaxınlaşan kloun qiyafəsindəki biri tərəfindən tapançayla öldürülüb. Polis, 63 yaşındakı narkotik baronunun , Cabo San Lucas şəhərində olan bir oteldə başından və sinəsindən vurulduğunu bildirib. Üç qardaşı narkotik ticarəti səbəbiylə həbsxanaya göndərilən və bir qardaşı isə narkotik mübarizəsi səbəbiylə öldürülən Françisco Rafael , ailəsinə aid bütün işləri tək başına icra edirdi. İndi Rafaelin ölümünün ardınca, qızı və nəvəsinin təşkilatın başına keçməsi gözlənilir. Meksikanın ən əhəmiyyətli və ən geniş narkotik ticarətini aparan Arellano Felix ailəsinin, 1980-ci və 1990-cı illərdən bu yana ABŞ-a tonlarla kokain qaçaqçılığı etdiyi bilinir.

Sizin Reklam Yeriniz