Əlaqə Arxiv
news Image
2013.10.23
16:33
| A A A
Süngər Boblu məzar daşı

Movqe.Az xəbər verir ki, İraq Müharibəsi əsnasında ABŞ ordusunda xidmət edən və ölkəsinə qayıtdıqdan sonra iddialara görə dostuı tərəfindən öldürülən Mayor Kimberli Valkerin məzarının başındakı Süngər Bob  görünüşlü iki məzar daşının qəbiristanlıq idarəçiləri tərəfindən münasib görülməyərək sökülməsi qarışıqlıq yaradıb. Ohio əyalətinin Cincinnati şəhərində yaranan böhranda ailə üzvləri cəmi 13 min dollar xərclədikləri məzar daşlarını düzəltdirməzdən əvvəl qəbiristanlıq rəhbərliyindən icazə aldıqlarını bildirib.  Daşlardan biri Kimberli Valkerə, digəri isə donanmada IT mütəxəssisi olan əkiz qardaşı Karaya aiddir.  Kara Valker, əkizinin Süngər Bobu çox sevdiyini söyləyərək, "Hər şeyi Süngər Bobluydu , doğum günlərində belə həmişə bu mövzunu açardıq " deyib. Anası da qızı öldüyü zaman tabutundakı yastığının belə Süngər Boblu olduğunu deyib. Qəbiristanlıq idarəçiləri isə tarixi bir məkanda belə məzar daşlarının olmasının əlverişsiz olduğunu bildirib.Valker ailəsinin mediaya müraciət etməsilə ortaya çıxan hadisələ əlaqədar olaraq ailə və qəbiristanlıq idarəçiləri arasında dünən həyata keçirilən görüşdən razılıq alınıb. Freytag ailəsinin başqa variantları göz qabağında saxladığını deyərək, "Süngər Bobu xatırladan" daha ənənəvi dizaynlar istifadə edilə biləcəyini söyləyib.

 

 

 

 

Sizin Reklam Yeriniz