Əlaqə Arxiv
news Image
2013.10.23
18:42
| A A A
Facebookun qərarına etiraz etdilər

Movqe.Az xəbər verir ki, Facebook, baş kəsmə görüntülərinə gətirdiyi qadağanı ləğv edib. Sosial paylaşma saytı Mayda bu kliplərin psixoloji zərəriylə bağlı şikayətlər ucbatından bu kliplərə qadağa gətirmişdi. Amerika şirkəti indi də , istifadəçilərin bu cür görüntüləri izləyib qınamaqda azad olduqlarını, lakin bunların məşhurlaşmaması lazım olduğunu söyləyib. İntiharların qarşısını almaq məqsədi  olan bir yardım təşkilatı Facebooku bu qərarından ötəri tənqid edib. "Yellow Ribbon" adlı dərnəyin Şimali İrlandiya şöbəsindən psixoloq Dr. Arthur Kassidi , bu cür görüntülərin bir neçə saniyə izlənilməsinin belə xüsusilə gənclərin zehinlərində qalıcı izlər qoya biləcəyini söyləyib. Kassidi , "Görüntülər nə qədər qorxunc olsa, psixoloji baxımdan bir o qədər böyük ziyanı olar" deyib. Facebook , 13 yaşından böyük hər kəsin sayta üzv olmasına icazə verir. BBC Facebookun qayda dəyişikliyindən , şirkətin , maskalı şəxsin bir qadını kəsərkən göstərən klipi ləğv etmədiyilə bağlı bir istifadəçinin şikayətiylə xəbərdar olub. 



Sizin Reklam Yeriniz