Əlaqə Arxiv
news Image
2013.10.24
21:08
| A A A
Dünyanın danışdığı hadisədə yeni iddia

Movqe.Az xəbər verir ki, Yunanıstanın Larissa şəhəri yaxınındakı bir Roman bölgəsində olan Maria adlı sarışın qızın valideynlərinin Bolqar bir cütlük olduğu iddia edilib. Bolqarıstan Milli Radiosu (BNR), beynəlxalq səs-küy oyandıran hadisə ilə əlaqədar olaraq Saşa Ruseva  və Atanas Rusev  adlı şəxslərin ölkədəki Nikolaevo qəsəbəsində polisə ifadə verdiklərini bildilib. Qəsəbənin Roman məhəlləsində yaşayan Saşa Ruseva, 4 yaşındakı Marianı Yunanıstanda olduğu vaxt dünyaya gətirdiyini, lakin pulu olmadığı üçün qızını orada tərk etdiyini iddia edib. Saşa Ruseva, qızını tərk etdiyi tarixi xatırlamadığını deyərək, "Uzun illər əvvəl olub" söyləyib. Bolqar rəsmi orqanları, kiçik Marianın valideyini olduğunu iddia edən cütə DNT testi ediləcəyini qeyd edib. Roman mənşəli Bolqar cütlüyün cəmi 10 uşağı olduğu deyilir. 

Sizin Reklam Yeriniz