Əlaqə Arxiv
news Image
2013.10.25
18:04
| A A A
Yeni HTC One Max neçəyə olacaq? - FOTOLAR

Movqe.Az xəbər verir ki, Android ilə işləyən və barmaq izi tanıma xüsusiyyəti olan ağıllı telefon One Max, 5.9 düym ölçüsündə ekrana malikdir . HTC- in yeni modeli , "fablet" kateqoriyasındadır . İngilis sözü "phone" və "tablet" sözlərinin birləşdirilməsiylə yaradılan "phablet" sözü, telefondan böyük tablet, kompüterdən kiçik cihazları təyin edir.

Yeni modelin əvvəlki versiyası olan HTC One bazarda böyük maraq görsə də satışlarda Samsung "un Galaxy S4 modelinə çata bilməmişdi. HTC , İyul - Sentyabr aylarını əhatə edən üçüncü yarımilində zərər etdiyini və təxminən 3 milyard Tayvan dolları( 100 milyon ABŞ dolları) büdcə kəsiri olduğunu bildirmişdi.  HTC One Max ; Full HD ekran dəqiqliyinə malik cib , dörd nüvəli 1.7GHz Qualcomm Snapdragon 600 prosessorla gəlir. 2GB RAM-a sahib olan cihazın 16GB-lik və 32GB-lik yaddaş variantları var. HTC One-ın əksinə, One Maxın arxa qapağı açıla bilir və cihaza microSD kart əlavə oluna bilir. One Maxın arxa üzündə bir barmaq izi skaneri var. Brauzerin arxa tərəfdə olması, onun faydalılığı mövzusunda ağılda sual işarələri qoya bilər. One-dakı Ultrapixel kameranın eynisini təqdim edən Max, ön tərəfində 2.1 megapiksellik bir kamerayla gəlir. NFC, 3.300mAh batareya, Android 4.3 , yeni Sense 5.5, cihazın digər xüsusiyyətləri arasındadır . 164.5 x 82.5 x 10.29mm ölçülərindəki telefon, 217 qram ilə çox da yüngül deyil. HTC One Maxın beynəlxalq qiyməti təxminən 833 dollar səviyyəsində olacaq. Ölkəmizdə "HTC One Max"ın satış mərkəzlərindəki qiyməti isə 690-700 manat civarında olacaq. 

























Sizin Reklam Yeriniz