Əlaqə Arxiv
news Image
2013.10.29
10:50
| A A A
Azərbaycan dilində klaviaturanın yeni düzülüşü qəbul olundu

Yeni düzülüş "Windows 8.1" əməliyyat sisteminin yeni versiyasına inteqrasiya edilib

İqtisadiyyat  Azərbaycan dilində klaviaturanın yeni düzülüşü "Windows 8.1" əməliyyat sisteminin yeni versiyasına inteqrasiya edilib. "Microsoft Azerbaijan" şirkətindən AzərTAc-a bildiriblər ki, təkmilləşdirilmiş klaviaturanın düzülüşü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni milli standart kimi qəbul olunub.


Yeni düzülüşdə yığım sürəti və barmağa düşən yükün paylaşdırılması kimi nüanslar nəzərə alınıb. Klaviaturanın yeni düzülüşü "Microsoft" məhsullarında istifadə ediləcək və vaxt ötdükcə digər əməliyyat sistemləri üçün də həyata keçirilə bilər.


Yeni düzülüş daha optimaldır və orada Azərbaycan dilinin bütün nüansları əks olunub. Köhnə düzülüş ləğv edilməyəcək və ona öyrəşmiş insanlar köhnə klaviaturadan istifadə etməyə davam edəcəklər.


Sizin Reklam Yeriniz