Əlaqə Arxiv
news Image
2013.10.29
20:02
| A A A
Samsung, Galaxy S4 Active mini modeli üzərində işləyir

Movqe.Az xəbər verir ki, Galaxy S4 modelini dizayn mənasında bir qədər dəyişdirərək su və toza qarşı dayanıqlı bir hala gətirən Galaxy S4 Active adıyla istifadəçilərə təqdim edən Samsung, sözügedən modelin mini versiyası üzərində də çalışır. Çin mənşəli Tenaa.com saytında yerləşən xəbərdə telefonun həm vizual , həm də GFXBnech sınaq görüntüləri sərgilənib. Mini bir model olmasına baxmayaraq telefonda 4.65 - düym ölçüsündə bir ekran olacaq. Ekran dəqiqliyi  isə 800 x 480p səviyyəsində olacaq. 1.2GHz tezlik sürətində işləyən cüt nüvəli Qualcomm prosessorun güc verəcəyi Galaxy S4 Active mini modelində Adreno 305 qrafik çipi və 1GB RAM yerləşəcək. 

IP67 sertifikatı sayəsində suya və toza qarşı dayanıqlı bir yağı sərgiləyən telefonun arxa hissəsində 5MP keyfiyyətli  kamera, ön hissədə isə 0.3MP -lik bir kamera yerləşəcək. Telefonun çıxış tarixi ilə əlaqədar isə hər hansı bir şərh edilməyib. 

Sizin Reklam Yeriniz